Azərbaycanın son məqsədi yeddi rayonun qaytarılması yox, ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ regionunda icmalar arasında sülh yaradılmasıdır. Bunu BBC-nin rus xidmətinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
"Ölkənin ərazi bütövlüyünün bərpası barədə deyərkən, Azərbaycan daim bəyan edir ki, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ regionunun ərazisində ən azı iki icmadan ibarət əhali yaşayacaq - azərbaycanlı və erməni - deyə Əzimov bildirib. - Erməni tərəfi əhali problemi barədə danışarkən, yalnız erməni icmasını nəzərdə tuturlar".
Nazir müavini bildirib ki, təəssüf ki, tərəflər azərbaycanlı əhalinin regiona qayıtması məsələsində hələlik tam anlaşmaya və aydınlığa gələ bilməyiblər və əlavə edib ki, azərbaycan tərəfi heç zaman Qarabağın erməni icması ilə əlaqələrin mümkünlüyünü istisna etməyib.
"Əgər bu əlaqələri bir neçə ölçüdə götürsək, onda demək olar ki, belə əlaqələr var idi, var və ya ola bilər. Gələcəkdə belə bir əlaqələr istisna olunmurlar. Bundan başqa belə əlaqələrdən biz Dağlıq Qarabağda bu icmaların yaşamla bağlı məsələlərin müzakirəsi mərhələsinə qədəm qoyarkən, idarəetmə və onların təhlükəsizliyi barədə danışarkən istifadə edəcəyik", deyə nazir müavini bildirdi.
Onun sözlərinə görə, əhalinin statusu barədə məsələlərin müzakirəsi üçün normal şərait yaratmaqdan ötrü, ən azı iki icma arasında əməkdaşlıq, sülh və əminamanlığı təmin etmək lazımdır.
"Bu məqsədlərə çatmaq üçün biz əz azı bir icmanın geri qayıtmasını və onalr arasında qarşılıqlı əlaqəni təmin etməliyik", - Əzimov dedi.