...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2009 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 01.10-dan 01.25-dək Ermənistan Respublikası Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığında mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti