...

Xalqın iradəsinin ifadə edilməsi üzrə istənilən mexanizm Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil edilməlidir – ABŞ dövlət katibinin köməkçisi (ƏLAVƏ EDİLİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2009 18:16 (UTC +04:00)
Xalqın iradəsinin ifadə edilməsi üzrə istənilən mexanizm Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil edilməlidir – ABŞ dövlət katibinin köməkçisi (ƏLAVƏ EDİLİB)

"Xalqın iradəsinin ifadə edilməsi üzrə istənilən mexanizm Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil edilməlidir", - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Yerevanda jurnalistlərə deyib, "Novosti-Armeniya" yazır.

"Xalqın iradəsini bildirən istənilən səsvermə mexanizmi münaqişəsinin həlli prosesinə daxil edilməlidir", - Qordon referendumun keçirilməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Qordonun fikrincə, xalqın öz müqəddəratını müəyyənetmə hüququ ərazi bütövlüyü və güc tətbiq etməmə prinsipləri ilə eynilik təşkil edir.

"Nəticə balanslı şəkildə hər üç prinsipi özündə əks etdirməlidir, çünki onların hər birinin xüsusi əhəmiyyəti var", - Qordon əlavə edib.

Xəbər lenti

Xəbər lenti