...

Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişinyovda görüşəcəklər - rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2009 11:45 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda keçiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişinyovda görüşəcəklər - rusiyalı həmsədr

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.Tariverdiyeva/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişnyovda keçiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

"Yerevandan sonra biz razılaşdırılmış təkliflə Bakıya gəldik. Azərbaycan Prezidenti də öz razılığını verdi", - Merzlyakov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Kişnyovda MDB dövlətlərinin sammiti çərçivəsində görüşəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Dünən Azərbaycan Prezidenti Moskva görüşünü müsbət qiymətləndirdi və Kişnyovda müsbət dinamikaya ümid etdiyini bildirdi", - rusiyalı həmsədr deyib.

Xəbər lenti

Xəbər lenti