...

Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycan Parlamentindəki çıxışım çərçivəsində hərəkət edirik - Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2009 14:50 (UTC +04:00)
Ermənistanla münasibətlərin normallaşması prosesində mənim Azərbaycan Parlamentində çıxışımın çərçivəsində hərəkət edirik, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı bildirib, CNN türk kanalı çıxışı canlı yayımlayıb.
Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycan Parlamentindəki çıxışım çərçivəsində hərəkət edirik - Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 13 oktyabr / Trend /
Ermənistanla münasibətlərin normallaşması prosesində mənim Azərbaycan Parlamentində çıxışımın çərçivəsində hərəkət edirik, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı bildirib, CNN türk kanalı çıxışı canlı yayımlayıb.

"Ermənistanla Azərbaycan arasında problemlər həll olunarsa, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması prosesi asanlaşacaq", - deyə Ərdoğan bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə Parlamenti oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında imzalanan sazişi təsdiqləməzsə, iki ölkənin münasibətlərinin normallaşması prosesi başlaya bilməz.

Ərdoğan həmçinin müxtəlif ölkələrdəki erməni diasporlarının Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini etirazla qarşılamalarına toxunub.

Baş nazir çıxışında Minsk Qrupu üçlüyünün səylərinin indiyə qədər nəticə verməməsindən təəssüflənib. "Baxmayaraq ki, Minsk Qrupu davamlı olaraq Azərbaycanla Ermənistanı bir araya gətirib, ancaq heç bir nəticə yoxdur", - Ərdoğan deyib.

Trend -un arayışı: Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti