...

RF Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edir - RF XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2010 15:12 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edir. Bunu cümə günü Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko deyib.
RF Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edir - RF XİN

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edir. Bunu cümə günü Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko deyib. Məlumatı "Vesti" telekanalı yayıb.

"Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupunun həmsədrləri və maraqlanan tərəflər lazımi dərəcədə müzakirə edir və burada Rusiya da fəal iştirak edir", - Nesterenko deyib.

Onun sözlərinə görə, münaqişə xüsusi xarakter daşıyır, belə ki, münaqişənin bir çox incə tərəfləri var.

"Dağlıq Qarabağ münaqişəsi üzrə daim danışıqlar və məsləhətləşmələr aparılır", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti