Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/
ATƏT Azərbaycan-Ermənistan təmas xəttində monitorinq keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Azərbaycanın Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.