...

Azərbaycanın millət vəkili BMT Baş Katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2011 17:20 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva BMT-nin Baş katibi Pan Ki Munla görüşüb
Azərbaycanın millət vəkili BMT Baş Katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir T.Hacıyev/

Millət vəkili Qənirə Paşayeva BMT-nin Baş katibi Pan Ki Munla görüşüb. Trend-in məlumatına görə, Türkiyədə keçirilən Ümundünya Qadın Sammiti çərçivəsində baş tutan görüş zamanı əsas müzakirə mövzusu Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasəti olub.

Millət vəkili Paşayeva BMT-nin Baş katibinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını qətlə yetirməsini, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşada və ümumiyyətlə işğal etdiyi bütün Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlının 15 ildən artıqdır ki, öz yudr-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən kitabları və materialları Pan Ki Muna təqdim edib və bütün azərbaycanlıların ondan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində Baş katib kimi səylərini daha da artırmasını gözlədiklərini bildirib.

Sammitin sonuncu günü millət vəkli Qənirə Paşayeva dünyanın müxtəlif bölgəsindən gəlmiş qadınlarla görüşlərdə Ermənistanın 19 il əvvəl may ayının 8-də Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşanı işğal etdiyini, burada azərbaycanlılara məxsus bütün tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, məcburi köçkün həyatı yaşayan şuşalıların 19 ildir öz evlərinə dönmələrinə imkan verməmələri və ümumiyyətlə Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı ətraflı məlumatlar və materiallar təqdim edib.

Xəbər lenti

Xəbər lenti