...

Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər Avropa Parlamentindəki dinləmələrdə çıxış edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2011 18:09 (UTC +04:00)
Avropa Parlamentinin Xarici əlaqələr komitəsi iyunun 15-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirəcək.
Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər Avropa Parlamentindəki dinləmələrdə çıxış edəcəklər

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Avropa Parlamentinin Xarici əlaqələr komitəsi iyunun 15-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirəcək. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" agentliyi məlumat yayıb.

Dinləmələrdə amerikalı və fransalı vasitəçilər Robert Bradtke və Bernar Fasye, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi, Aİ-nin Avropa Xarici İşlər Xidmətinin Rusiya, Şərq Qonşuluğu və Qərbi Balkan məsələləri üzrə direktoru Miroslav Layçek çıxış edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti