...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət Strasburqda müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2011 17:49 (UTC +04:00)
Ketrin Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında avropalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət barədə məlumat verəcək.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət Strasburqda müzakirə olunacaq

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında avropalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət barədə məlumat verəcək. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin məlumatında deyilir.

Avropa Parlamentinin plenar sessiyası iyulun 4-7-də keçirilir.
Sessiya zamanı "ərəb baharı", Polşanın Aİ-yə sədrliyi, Avropa Parlamentinə seçkilər, Avropa büdcəsi və s. müzakirə olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti