Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 22-də saat 12.45-dən 12.55-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki,
saat 16.50-dən 17.00-dək, 16.30-dan 17.17-dək və 20.15-dən 20.30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi , saat 14.30-dan 14.35-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.