...

Misirdə Xocalı faciəsinin qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 20:55 (UTC +04:00)
Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycanın Misirdəki səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Qahirədə Xocalı faciəsinin anım mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən "əl-Əhram", "Cümhuriyyə", "əl-Şuruk", "Roza əl-Yusif", "əl-Məsəi" qəzetlərinin, "Nile News", "Qahirə" və "TRT Arabic" telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Misirdə Xocalı faciəsinin qurbanları anılıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycanın Misirdəki səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Qahirədə Xocalı faciəsinin anım mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən "əl-Əhram", "Cümhuriyyə", "əl-Şuruk", "Roza əl-Yusif", "əl-Məsəi" qəzetlərinin, "Nile News", "Qahirə" və "TRT Arabic" telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, çıxış edən səfir Şahin Abdullayev Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilmiş mart qırğınları, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışaraq, SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb.

Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunmuş keçmiş SSRİ-nin 366-cı alayının da iştirak etdiyini deyən səfir Xocalıdakı soyqırımın insanlıq əleyhinə cinayət olduğunu bildirərək, Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Abdullayev jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xocalı həqiqətlərinin ərəb-İslam dünyasının ictimaiyyətində geniş yayılması, bu cinayətin törədilməsinə məsul olan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması və Azərbaycanın iqtisadi inkişafı barədə çoxsaylı suallarını cavablandırıb.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və səfirliyin bəyanatı yayılıb.

Xocalı faciəsi ilə əlaqədar həyata keçiriləcək silsilə tədbirlər çərçivəsində Misirin aparıcı qəzetlərində məqalələrin dərc edilməsi, Ayn-Şəms Universitetində bu faciə ilə əlaqədar konfransın keçirilməsi və Misirin peyk televiziya kanallarında sənədli filmlərin efirə verilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti