...

Cəbhədə gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2012 09:23 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Cəbhədə gərginlik davam edir

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 11:00-dan 11:15-dək, 11:50-dən 12:05-dək, 14:00-dan 14:15-dək, 16:30-dan 16:55-dək və 22:10-dan 22:20-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15:05-dən 15:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:20-dən 16:50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti