...

Ceyms Appaturay: NATO Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını görmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2012 15:31 (UTC +04:00)
NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasını görmək istəyir.
Ceyms Appaturay: NATO Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını görmək istəyir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasını görmək istəyir. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi erməni jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Bu yaxınlarda NATO baş katibinin regiona səfəri baş tutub. O, regionun hər üç ölkəsində olub və iki ölkə arasında mübahisənin tonundan narahatdır", - o qeyd edib.

"Təhlükəsizlik məsələsində hər iki ölkənin düzgün yola qayıtması çox vacibdir. Bu yaxınlarda Parisdə XİN rəhbərlərinin görüşü keçirilib və bu, yaxşı əlamətdir. Lakin görüş tərəqqinin əldə edilməsi deyil, yalnız bu yolda addımdır. NATO-ya gəlincə, biz münasibətlərin yaxşılaşmasını görmək istəyirik", - Appaturay vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti