...

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ideyasını müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2012 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh prosesinin davam etdirilməsi ideyasını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın bazar ertəsi yaydığı rəsmi məlumatda deyilir.

Həmsədrlər Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik noyabrın 19-dan 26-dək regiona səfərləri zamanı tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli axtarışında kömək etmək üçün səylərini davam etdiriblər.

Həmsədrlər Bakıda, Yerevanda və işğal olunmuş Xankəndində Dağlıq Qarabağın separatçı hakimiyyəti ilə görüşlər keçiriblər. ATƏT-in Minsk qrupunun həmsədrləri, habelə Azərbaycanın Zəngilan və Cəbrayıl rayonlarına 2010-cu ilin oktyabr ayında baş tutmuş son səfərlərindən sonra bu ərazilərdəki hadisələrə qiymət vermək üçün səfər ediblər.

Məlumatda deyildiyi kimi, həmsədrlər regionda üzrə sülh prosesinin davam etdirilməsi ideyasını müzakirə ediblər. Məlumata görə, münaqişə tərəfləri xarici işlər nazirləri səviyyəsində işi davam etdirməklə bağlı razılığa gəliblər.

Həmsədrlər, həmçinin səfir Kaspşikə və onun əməkdaşlarına bu mürəkkəb dövrdə atəşkəs rejiminə nəzarət etdiklərinə və regiona, xüsusilə, Azərbaycanın Zəngilan və Cəbrayıl rayonlarına səfər üçün göstərdikləri köməyə görə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti