...

Beynəlxalq Böhran Qrupu növbəti bülletenində Dağlıq Qarabağ münaqişəsindən yazıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2014 16:33 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca yanvar ayının ortalarından başlayan silahlı toqquşmalar nisbətən azalıb.
Beynəlxalq Böhran Qrupu növbəti bülletenində Dağlıq Qarabağ münaqişəsindən yazıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca yanvar ayının ortalarından başlayan silahlı toqquşmalar fevraldan nisbətən azalıb. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) növbəti bülletenində deyilir.

Qeyd olunub ki, atəşkəs rejiminin pozulması nəticəsində hər iki tərəf itki verib.

Beynəlxalq Böhran Qrupu bildirir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mətbuata verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlarda irəliləyiş olduğunu deyib.

Qeyd edək ki, yanvarın ortalarında başlayaraq cəbhə xəttində vəziyyət gərginləşmışdi. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti