...

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2014 10:00 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Kəngərli, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti