...

Böyük Britaniya Qarabağ münaqişəsi tərəflərini atəşkəs haqqında sazişə hörmət etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2014 10:31 (UTC +04:00)
Böyük Britaniya XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib.
Böyük Britaniya Qarabağ münaqişəsi tərəflərini atəşkəs haqqında sazişə hörmət etməyə çağırıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/

Böyük Britaniya XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin yaydığı rəsmi bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə və 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.

Bəyanatda deyilir: "Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan SQ postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti