...

London Ermənistanı və Azərbaycanı Qarabağ üzrə danışıqları davam etdirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2014 15:49 (UTC +04:00)
London Ermənistan və Azərbaycan prezidentlərini regionda sülhə və sabitliyə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının formatına sadiq qalmağa çağırır.
London Ermənistanı və Azərbaycanı Qarabağ üzrə danışıqları davam etdirməyə çağırır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

London Ermənistan və Azərbaycan prezidentlərini regionda sülhə və sabitliyə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının formatına sadiq qalmağa çağırır.

Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Ceyn Liç bildirib.

Səfir mətbuat konfransında bildirib: "Ümid edirəm ki, ölkələr sülhə nail olmaq üçün düzgün və ədalətli danışıqlar apara biləcəklər, çünki bunu həm Ermənistan, həm də Azərbaycan xalqı gözləyir".

Onun sözlərinə görə, hər iki xalqı sülhə hazırlamaq vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti