...

Latviya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2015 09:30 (UTC +04:00)
Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.
Latviya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

Diplomat qeyd edib: "Latviya əmindir ki, bu uzun sürən münaqişə yalnız sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır".

Nazirin sözlərinə görə, Latviya Avropa İttifaqında sədrliyi çərçivəsində ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini tamamilə dəstəkləyir.

E.Rinkeviç, həmçinin münaqişənin həlli prosesində Azərbaycanla Ermənistan arasında birbaşa təmasların vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti