...

Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 09:47 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti