...

Düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2015 12:11 (UTC +04:00)
Düşmən tərəfinin təxribatı nəticəsində bir hərbi qulluqçumuz yaralanıb Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
Düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb

Bakı. Trend:

Düşmən tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti