...

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2015 14:19 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirilib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri dekabrın 19-da başa çatıb.

x x x

Bu gün Berndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan pezidenti Serj Sarkisyanın görüşü keçirilir.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti