...

Düşmən itki verərək geri çəkilməyə məcbur edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2016 15:51 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb.
Düşmən itki verərək geri çəkilməyə məcbur edildi

Bakı. Trend:

Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti