...

Azərbaycanın Fransadakı Dostları Assosasiyası Ermənistana beynəlxalq təzyiqləri artırmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2016 14:29 (UTC +04:00)
Azərbaycanın Fransadakı Dostlar Assosasiyası aprelin 1-dən 2-ə keçən gecə Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı çoxlu sayda insanların və mülki əhalinin ölümünə səbəb olan qanlı hərbi təxribatını kəskin şəkildə qınayır.
Azərbaycanın Fransadakı Dostları Assosasiyası Ermənistana beynəlxalq təzyiqləri artırmağa çağırır

Bakı. Trend:

Azərbaycanın Fransadakı Dostlar Assosasiyası aprelin 1-dən 2-ə keçən gecə Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı çoxlu sayda insanların və mülki əhalinin ölümünə səbəb olan qanlı hərbi təxribatını kəskin şəkildə qınayan bəyanat qəbul edib.

Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Assosasiya yeni hərbi qarşıdurma nəticəsində həlak olan çoxsaylı günahsız qurbanların Ermənistan tərəfindən Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və 7 ətraf rayonlarının qanunsuz işğalı səbəbindən baş verdiyini xatırladır və Azərbaycan xalqına, hücuma məruz qalmış ailələrə tam dəstəyini ifadə edir.

Azərbaycanın Fransadakı Dostları Assosasiyası ATƏT-in Minsk Qrupunda üzərinə öhdəlik götürmüş dövlətlərin süründürməçiliklərini, faciəli qarşıdurmalara gətirib çıxara bilən əsassız status kvonu uzun illərdən bəri qoruyub saxlamaqlarından təəsüflənir.

Assosiasiya ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamələrin (822, 854, 874 və 884) bu mühüm beynəlxalq hüquqi sənədlərdə əks olunduğu kimi dərhal və qeyd-şərtsiz tam icra olunması üçün səylər göstərməyə və Ermənistana beynəlxalq təzyiqləri artırmağa çağırır.

Azərbaycanın Fransadakı Dostları Assosasiyası Azərbaycanın hərbi qarşıdurmaya son qoymaq məqsədilə birtərəfli atəşkəslə bağlı qərarını alqışlayır və Ermənistanı tarixi ədalətə qarşı Azərbaycanın Dağlıq Qarabağ regionunu qeyri-qanuni işğal vəziyyətində daim saxlaya bilməyəcəyinə anlamağa çağırır və Azərbaycan nümunəsini izləməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti