...

ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağı müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2016 02:05 (UTC +04:00)
ATƏT-in sədr ölkəsinin təmsilçisi - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarlarını - Serbiya və Avstriya XİN başçılarını İvitsa Daçıç və Sebastyan Kurtsu qəbul edəcək.
ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağı müzakirə edəcək

Bakı. Trend:

ATƏT-in sədr ölkəsinin təmsilçisi - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarlarını - Serbiya və Avstriya XİN başçılarını İvitsa Daçıç və Sebastyan Kurtsu qəbul edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, danışıqlar mərkəzində ATƏT-in sədrinin Dağlıq Qarabağ və Ukraynada münaqişələrin nizamlanmasında səyləri olacaq.

Görüşdə həmçinin ATƏT-in miqrasiya məsələlərində rolu da müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti