...

Ekspert: Dağlıq Qarabağda “referendumlar” keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2017 13:09 (UTC +04:00)
İşğal olunmuş Dağlıq Qarabağda “referendumlar” keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir
Ekspert: Dağlıq Qarabağda “referendumlar” keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin

Bakı. Anaxanım Hidayətova - Trend:

İşğal olunmuş Dağlıq Qarabağda “referendumlar” keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Bunu Trend-ə Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır.

Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti