...

Küveyt mediasında Xocalı həqiqətləri işıqlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2017 13:36 (UTC +04:00)
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar, Küveytin “Əl-Biləd” internet portalında baş direktor Ziyad Sanianın “Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə” başlığında məqaləsi nəşr edilib.
Küveyt mediasında Xocalı həqiqətləri işıqlandırılıb

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar, Küveytin “Əl-Biləd” internet portalında baş direktor Ziyad Sanianın “Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə” başlığında məqaləsi nəşr edilib.

Trend-in məlumatına görə, müəllif öncə məqalədə Xocalı soyqırımının 25 illiyi ilə bağlı qardaş Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, 1992-ci ildə bu soyqırım nəticəsində Erməni ordusu tərəfindən qətlə yetirilmiş 613 nəfər şəhidimizə allahdan rəhmət dilədiyini qeyd edir.

Müəllif bildirir ki, oxuduqlarım, yaşadıqlarım, şahidi olduqlarım müharibələr və etnik soyqırımlara baxmayaraq, ermənilərin günahsız insanları, 5-6 yaşındakı uşaqları vəhşiliklə qətlə yetirmələri alman faşistlərinin törətdikləri cinayətlərin yanında, cinayət lüğətində kiçik bir sətrə bənzəyir.

Məqalədə qeyd olunur ki, tarix kitabları, kütləvi informasiya vasitələri Xocalı soyqırımından nə qədər danışsalar da, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə sərt soyuq dondurucu havada ermənilərin törətdikləri ağrılı səhnələri olduğu kimi nümayiş etdirə bilməyəcəklər. Belə ki, ermənilər körpü sözünün yeni bir mənasını kəşf edərək, qanla dolmuş gölməçənin üzərindən qarşı tərəfə keçmək həmin gecə qətlə yetirilmiş insanların, 8-9 yaşlı uşaqların cəsədlərindən istifadə ediblər.

Həmin qanlı gündə Xocalıda qulaqları kəsilmiş uşaqların, sifətlərinin yarısı kəsilmiş qadınların, başlarının dərisi soyulmuş kişilərin şəkilləri kameralar vasitəsilə bütün dünyaya çatdırılmışdır. Bu, Azərbaycanlıların ermənilərə qarşı həyata keçirdiyi kompaniya deyil. Bunlar həqiqətləri əks etdirir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan respublikasının silahlı qüvvələri bilərəkdən Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən və 7 min müsəlman əhalisi olan Xocalı şəhərini darmadağın etmiş və orada yaşayan insanları müxtəlif silahlardan istifadə edərək qətlə yetirmişdir. Xocalıda 106 nəfəri qadın, 63 uşaq, 70 qoca, olmaqla 613 nəfər mülki şəxs qətlə yetirilmiş, 70 ailə tamamilə məhv edilmiş, 457 nəfər yaralanmış, 150 nəfər isə itkin düşmüşdür.

Sonda müəllif 1992-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş Xocalı soyqırımının 1988-ci ilin fevralından 1994-cü ilin mayına qədər törədilmiş silsilə hadisələrdən biri olduğunu vurğulayır və bu qətliama dünyanın susmasını, dünya liderlərinin sinələrinə basılmış bir damğa olduğunu qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti