Bakı. Anaxanım Hidayətova - Trend:
Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.
Səfir bildirib ki, Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:
“Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".
Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı müxtəlif formatlar yaradılıb, onlar çalışırlar ki, bu məsələlər beynəlxalq hüquq çərçivəsində həll edilsin.