...

ABŞ səfirliyi: Zəhra və nənəsinin ölümü çox ağır faciədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 17:14 (UTC +04:00)
Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, həmçinin Sərvinaz Quliyevanın yaralanması, on illərlə davam edən münaqişənin törətdiyi insanların ölümü və əzab-əziyyəti çox ağır faciədir.
ABŞ səfirliyi: Zəhra və nənəsinin ölümü çox ağır faciədir

Bakı. Trend:

Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, həmçinin Sərvinaz Quliyevanın yaralanması, on illərlə davam edən münaqişənin törətdiyi insanların ölümü və əzab-əziyyəti çox ağır faciədir.

Trend-in məlumatına görə, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı məlumatında bildirilir.

Səfirliyin məlumatında qeyd olunur ki, 4 iyulda baş verən dəhşətli hadisələr, tərəflərin bir araya gələrək münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll etməli olduğunu nümayiş edir: "Münaqişənin hərbi yolla həlli yoxdur – irəliyə aparan yeganə yol danışıqlar vasitəsilə həllə nail olmaqdır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti