...

Azərbaycandan Litvaya işğal olunmuş ərazilərdə istehsal edilən məhsullarla bağlı ÇAĞIRIŞ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2017 18:52 (UTC +04:00)
Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.
Azərbaycandan Litvaya işğal olunmuş ərazilərdə istehsal edilən məhsullarla bağlı ÇAĞIRIŞ

Bakı. Ənvər Məmmədov -Trend:

Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müraciət Vilnüsdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının V iclası çərçivəsində edilib.

Tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Həmçinin iclas çərçivəsində bir sıra sazişlər imzalanıb.

Bundan başqa, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Vergilər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum informasiya mübadiləsi sahəsində və vergi tələbləri alındıqda qarşılıqlı inzibati yardımı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti