...

Cəbhəboyu zonada zirehli texnikaların döyüş qabiliyyəti yoxlanılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2017 11:36 (UTC +04:00)
Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb.
Cəbhəboyu zonada zirehli texnikaların döyüş qabiliyyəti yoxlanılıb (FOTO)

Bakı. Trend:

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti tank bölmələrində olublar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Z.Həsənov zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti