...

Ermənistan Yazıçılar İttifaqının sədri erməniləri digər mədəniyyət və ənənələrə hörmət etməyə çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2019 18:59 (UTC +04:00)
Ermənistan tərəfi hər hansı bri insidentin baş verməsini gözləməli, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır
Ermənistan Yazıçılar İttifaqının sədri erməniləri digər mədəniyyət və ənənələrə hörmət etməyə çağırdı

Bakı. Trend:

Ermənistan tərəfi hər hansı bri insidentin baş verməsini gözləməməli, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Qazaxıstanın Karaqanda şəhərindəki hadisələri şərh edərkən Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyan deyib.

E.Militonyanın sözlərinə görə, vətəndaşlarla maarifləndirmə işlərinə yönəlmiş siyasət həyata keçirmək lazımdır ki, digər ölkələrə gedən ermənilər getdikləri yeri tanısınlar, başqa mədəniyyətlərə və ənənələrə hörmət etsinlər.

Xatırladaq ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qeyd etmək üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti