...

DSX: Sərhəd döyüş məntəqələrimiz və hərbi nəq­liyyat vasitələrimiz intensiv atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2020 14:14 (UTC +04:00)
Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
DSX: Sərhəd döyüş məntəqələrimiz və hərbi nəq­liyyat vasitələrimiz intensiv atəşə tutulub

Bakı. Trend:

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

DSX-dən Trend-ə verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınIB, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti