Paşinyan sülhə yox, yolverilməz status-kvonun qeyri-müəyyən dövr üçün uzadılmasına çalışır - Ekspert

Paşinyan sülhə yox, yolverilməz status-kvonun qeyri-müəyyən dövr üçün uzadılmasına çalışır - Ekspert

Bakı. Samir Əli - Trend:

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Cenevrədə görüşündən Dağlıq Qarabağ sülh danışıqları üzrə əhəmiyyətli irəliləyişlər gözləndiyi vaxtda Ermənistan hakimiyyətinin bəzi addımları ümidləri puça çıxarır və danışıqların effektini heçə endirir.

Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Cenevrə görüşü ərafəsində Ermənistanın baş naziri Nilkol Paşinyanın Madrid prinsiplərindən praktik şəkildə imtina mənasını verən bəyanatı bu nöqteyi-nəzərdən pozuculuq və qeyri-konstruktiv yanaşma nümunəsi sayılmalıdır:

"Paşinyan görüş ərəfəsində bir qədər də irəli gedərək Ermənistan cəmiyyətini Madrid prinsipləri əleyhinə kökləməyə çalışdı. Özünü guya ümumerməni mənafeləri baxımından ən təəssübkeş dövlət rəhbəri kimi göstərmək üçün münaqişənin tənzimlənməsi yolunda indiyə qədər əldə edilmiş bütün pozitiv nəticələrdən imtina yolunu tutdu. İşğal edilmiş ərazilərin azad edilməsini nəzərdə tutan prinsiplərdən belə nümayişkar şəkildə imtina edilməsi Ermənistan rəhbərinin regionda sülh və dinc yolla Qarabağ münaqişəsinin tənzimlənməsini qətiyyən istəmədiyini bir daha göstərir. Cenevrə görüşü ərəfəsində Paşinyanın mahiyyətli sülh danışıqları mənafelərinə zidd mövqeyi və erməni cəmiyyətini də buna qoşmaq cəhdləri eyni zamanda xalqların sülhə hazırlanması barədə həmsədr ölkə başçılarının dəfələrlə etdikləri çağırışlara da ziddir. Ermənistan əhalisini sülhə hazırlamaq üçün həmsədrlərin konkret çağırış tezislərinə əks addımlar atmaq Paşinyanın sülh prosesini aşkar pozmaq cəhdidir. Paşinyan öz xalqını sülhə yox, yolverilməz status-kvonun qeyri-müəyyən dövr üçün uzadılmasına hazırlayır".

Ekspert deyir ki, Cenevrə görüşü ərəfəsində Paşinyanın işğal olunmuş ərazilərdə qanunsuz yaradılmış rejimin ərazisinə səfər etməsi onun məzmunlu sülh danışıqlarının səmərəsini öncədən heçə endirmək niyyətinin təzahürüdür: "Paşinyanın qondarma rejimin əsgərlərinə mənzil hədiyyəsi və rejimin "rəhbərləri" ilə görüşü qondarma qurumdakı bütün proseslərin məhz Ermənistan rəhbərliyi tərəfindən idarə edildiyini növbəti dəfə sübuta yetirir.

Cenevrə görüşü ərəfəsində də həmişə olduğu kimi, Azərbaycan məzmunlu danışıqlara qəti hazır olduğunu nümayiş etdirdiyi halda, Ermənistan rəhbərinin pozucu rolu həmsədr tərəflərin diqqətindən yayınmamalıdır. Ermənistan rəhbərinin addımları Cenevrədə danışıqları pozmağa yönəlib. Cenevrədə danışıqların mümkün uğursuz nəticələrinin bütün məsuliyyəti Paşinyanın atdığı addımlardan qaynaqlanır.
XİN başçısı Mnatsakanyanın danışıqlar üçün Cenrvrəyə yollanması və eyni vaxtda Paşinyanın sülh tənzimlənmə prinsiplərinə aşkar əks mövqeyi ziddiyyətlidir, Ermənistanın problemin dinc yolla həllində qətiyyən maraqlı olmadığını və dinc həll konsepsiyasına malik olmadığını göstərir.

Ermənistanın baş nazirinin öz xalqını sülh planını qəbul edib-etməməklə bağlı seçimə dəvət etməsi və qondarma rejimə şübhəli səfəri münaqişənin həlli istiqamətində birgə səylərlə çoxdan hazırlanan növbəti danışıqlar raundunun fiaskoya uğraması ilə nəticələnə bilər. Cenevrə görüşünün pozitiv nəticələri üçün daha çox məsuliyyət daşıyan həmsədrlərin indi həmişəkindən daha çox konkret mövqe nümayiş etdirmələrinə ehtiyac var. Xüsusilə də Paşinyanın son pozucu addımları ilə xalqların sülhə hazırlanması məsələsi arasında dərin ziddiyyətlər olduğuna həmsədrlər daha konkret reaksiya verməlidirlər".

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Sergey Markov: Azərbaycan əhalinin koronavirusdan qorunması məqsədi ilə ciddi addımlar atıb
Sergey Markov: Azərbaycan əhalinin koronavirusdan qorunması məqsədi ilə ciddi addımlar atıb
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik
Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik
Loading Bars
Xəbər lenti
UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da (FOTO)
Sergey Markov: Azərbaycan əhalinin koronavirusdan qorunması məqsədi ilə ciddi addımlar atıb
Xüsusi karantin rejimini pozan şəxslər cərimə ediliblər (FOTO)
Möhlət Müslümov: Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir
Bələdiyyələrin su təsərrüfatı müəssisələrinə yeni vəzifə verilir
Ağstafada raket aşkarlanıb (FOTO)
Göygöldə gizlədilən tapança və 1 ədəd süngü-bıçaq aşkarlandı
ARDNF ötən ay 1 928,3 milyon dollar valyuta satıb
Baş Dövlət Yol Polisi Bakı-Sumqayıt yolunda yaranmış sıxlığa aydınlıq gətirdi (FOTO/VİDEO)
DSX: Düşmən tərəfi hərbi və mülki nəqliyyat vasitə­lərini və vətəndaşları atəşə tutub
“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb
Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib (FOTO)
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
Almaniyada yaşayan azərbaycanlı rəssam: Əziz həmyerlilərim, özünüzü və yaxınlarınızı qoruyun (VİDEO)
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
ETSN-də yeni təyinat olub
Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik
Uşaqlara koronavirus barədə nə danışaq? - Komitə açıqladı (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib
Azərbaycanda 61 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb - Operativ Qərargah
BMT-nin baş katibindən təklif: Dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin
İran koronavirus diaqnozu testləri ixrac edə bilər
İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü
Uşaq verilişləri zaman energetik içkilərin reklamı qadağan edilir
Böyük Britaniya Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır
Umayra Tağıyevaya yeni vəzifə verildi
Dövlət tərəfindən 292 mindən çox vergi ödəyicisinə dəstək veriləcək
İranda koronavirusdan ölənlərin sayı 3 mini keçdi
Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i və onun nəticələrini tanımır
Azərbaycanda xidmət sahələrində çalışan 87 min nəfərin əməkhaqqısı ödəniləcək
Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır (FOTO)
Qaradağda avtomobil aşdı: İki qardaş hadisə yerində öldü
Təhsil Nazirliyi: Dərslər sentyabrın 15-dək təxirə salınmayıb
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
Rabitəbank müştərilərinə xoş xəbər! Müddəti tamamlanan kartların vaxtını uzadır!
Aprel ayına olan hava proqnozu açıqlandı
BMT qurumları ÜST-lə birgə koronavirusla bağlı bəyanat yaydı
Elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
Azərbaycanda KİV-lərlə bağlı yeni qaydalar müəyyən edilir
Teledərslərin sabahkı cədvəli açıqlanıb
Əhalinin geniş təbəqələrinə sosial dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər - Elşad Məmmədov
İranda daha iki rəsmi şəxs koronavirusdan öldü
“Azersun Holding” jurnalistlərə təşəkkür videoçarxı hazırladı (VİDEO)
Rusiyada daha 440 nəfər koronavirusa yoluxdu
İqtisadiyyat Nazirliyi koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanmış proqramların detallarını açıqladı
A-Qroup tənha yaşlılara yardım etdi (FOTO)
Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya!
"Atəşgah" Sığorta Qrupu müştəri - əməkdaş arasında məsafəni qoruyaraq iş prosesini yeni yanaşma ilə davam etdirir
Piter Teys: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” misli görünməmiş təxribat aktıdır
NATO Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır
Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib
Sabah Bakıda intensiv yağış yağacaq
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı
İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər
İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Göygöldə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Əli Əhmədov: Dağlıq Qarabağda qondarma “seçki” tanınmır və tanına bilməz
Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb
Brilliant Dadaşova: İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar
Ermənistanda koronavirusa yoluxanların sayı 600 nəfərə çatır
Koronavirus Tehranda faciəyə səbəb ola bilər
Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb
PAŞA Sığortadan sığortalılar üçün tamamilə ödənişsiz "Psixoloji konsultasiya" xidməti!
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək
AmCham koronavirusla mübarizəyə dəstək verir
Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb
Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur (FOTO)
Türk Şurası Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i pisləyir
Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq
BNA: Bütün marşrut avtobuslarının intervalı sərnişin axınına uyğun tənzimlənəcək
AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir
Yeməyinizi sifariş edin, Kartmane ilə ödəyin və 5% cashback qazanın!
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib
Gürcüstan XİN Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb
Rəşad İlyasov: Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın (VİDEO)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək
UNEC onlayn idarəetməyə keçdi (FOTO)
Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı
Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Cərrahi əməliyyat zamanı pandemiyadan qorunmağın yolları açıqlandı
Retail Group Azərbaycan şirkətindən öz işçilərinə dəstək
Aprelin 1-də xarici valyutaların manata qarşı məzənnələri
Rahib Azəri: Evdə qalmaqla həm özümüzü və ailə üzvlərimizi, həm də cəmiyyətimizi qorumuş olarıq (VİDEO)
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
Subaru Yaponiyada zavodlarının işini dayandıracaq
İtaliyanın Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 348-ə çatıb
Cənubi Koreyada COVİD-19 virusuna 101 yeni yoluxma halı qeydə alınıb
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşüb
ABŞ-ın Aydaho ştatında 6.3 gücündə zəlzələ baş verib
"Lamborghini" tibbi maskalar buraxacaq
Omanda koronavirusdan ilk ölüm halı qeydə alınıb
Bütün xəbərlər