...

AR MÜDAFİƏ NAZİRİ DÜŞƏNBƏYƏ YOLA DÜŞÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2005 11:22 (UTC +04:00)
AR müdafiə naziri Səfər Əbiyev Düşənbəyə yola düşüb. Bu barədə Trend ə AR Müdafiə Nazirliyi mətbuat xidmətindən xəbər verilib. 
Səfərin məqsədi iyunun 24-də MDB ölkələri müdafiə nazirləri şurasının (MNŞ) işində iştirak etməkdir. Şuranın müzakirəsinə MDB çərçivəsində bir sıra hərbi və hərbi-texniki əməkdaşlıq,  MNŞ fəaliyyətinin və onun işçi orqanlarının təşkilati məsələləri çıxarılıb. Hava Hücumlarından Müdafiə Birləşmiş Sisteminin (HHM BS) fəaliyyətinə dair məsələlər daha vacibdir. Bununla əlaqədar HHM üzrə Əlaqələndirici komitənin fəaliyyətinin yekunları, MDB ölkələrinin HHM BS-nin təkmilləşdirmə problemləri, HHM BS-nin yaradılması və inkişafının maliyyələşdirmə məsələri və s. gündəlikdədir.

Xəbər lenti

Xəbər lenti