(Mediamaks) - "Dağlıq Qarabağ müunaqişəsini nizamlamaq üçün Ermənistan və Azərbaycan liderləri milli maraq güdən siyasətçilər kimi deyil, dövlət xadimləri kimi fəaliyyət göstərməlidirlər". Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda bildirib.
O qeyd edib ki, hər iki ölkə başçılarının sonuncu görüşü danışıqlar prosesi üçün əsas yaradıb. "Biz irəliləyişə yaxınıq, lakin əslində problemlər qalmaqdadır", - deyə nazir bəyan edib.