...

Azərbaycan XİN: Əgər Ermənistan tərəfi özünü beynəlxalq birliyin layiqli tərəfdaşı kimi təqdim etmək istəyirsə, mövqeyini dəyişməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2006 13:12 (UTC +04:00)

Əgər Ermənistan tərəfi özünü beynəlxalq birliyin layiqli tərəfdaşı kimi təqdim etmək istəyirsə, mövqeyini dəyişməlidir. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya şöbəsinin rəisi Tahir Tağızadə Ermənistanın ATƏT-in beynəlxalq ekspert qrupuna yanğından zərər çəkmiş ərazilərdə monitorinq aparmasına mane olmaq cəhdlərini şərh edərkən bəyan edib.

O qeyd edib ki, Ermənistan tərəfinin bu torpaqların onların tabeliyində olması ilə bağlı bəyanatları mənasızdır. Bu ərazilər Azərbaycana məxsusdur. Ermənistan zorla işğal etdiyi torpaqları qanuniləşdirmək istəyir", - deyə T.Tağızadə əlavə edib.

"Azərbaycan hökumətində yanğınlar məsələsinə regional yanaşma mövcuddur. Ermənistan da bu mövqeni dəstəkləməlidir. Əks halda bu, regionda Ermənistanın necə mövqe tutduğunun təkrar sübutu olacaq", - deyə XİN nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti