...

Azərbaycanlıların soyqırımı ilə bağlı Türkiyədə tədbirlər planı hazırlanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək. Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S.Aran bildirib ki, soyqırımı ilə bağlı keçiriləcək görüşlər, aksiyalarla əlaqədar yaxın günlərdə tədbirlər planı hazırlanacaq. Baş konsulun sözlərinə görə, tədbirlər Türkiyənin bir sıra şəhərlərində keçiriləcək. Tədbirlərdə erməni vəhşiliyi pisləniləcək, minlərlə azərbaycanlıların öldürülməsi ilə bağlı faktlar nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Xocalı faciəsi ilə bağlı fevralın 20-26-sı tarixində Türkiyənin bir neçə şəhərində də tədbirlər keçirib.

Xəbər lenti

Xəbər lenti