...

Ermənistan tərəfi referendumun şərtləri və vaxtı müəyyənləşməyənədək azərbaycanlıların Dağlıq Qarabağa qayıtması ilə bağlı müzkirələri vaxtsız hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 16:30 (UTC +04:00)

"Ermənistan tərəfi azərbaycanlıların Dağlıq Qarabağa qayıtması ilə bağlı müzakirələri vaxtından əvvəl məsələ kimi dəyərləndirir",-deyə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün İrəvanda bəyan edib.

Bu haqda V.Oskanyan Mediamaks -ın "Ermənistan tərəfi azərbaycanlıların Dağlıq Qarabağdakı əvvəlki yaşayış məskənlərinə qayıtmasını prinsipial olaraq mümkün hesab edirmi?" sualını cavablandırarkən bidirib.

"Dağlıq Qarabağda bu regionun statusunu müəyyən edəcək referendumun şərtləri və vaxtı müəyyənləşməyənədək biz azərbaycanlıların Dağlıq Qarabağa qayıtması ilə bağlı müzkirələri vaxtsız bir məsələ hesab edirik",-deyə Ermənistan xarici işlər naziri bəyan edib.

V.Osakanyan xatırladıb ki, indiyə qədər Azərbaycan və Ermənistan tərəfi ancaq Dağlıq Qarabağın statusunun onun əhalisinin müəyyən edəcəyi barədə müzakirələr aparırdılar, amma bu prosesin detalları hələ də müzakirə mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti