Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri bazar ertəsi axşam saat 20.15-dən 22.00-dək Ağdam rayonunun Yusifcanlı kəndinin 0,5 km cənub-şərqində yerləşən əraziləri yandırıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verib.
Məlumata görə, iyulun 30-31-də müxtəlif saatlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs pozulub. Bu vəziyyət Ağdam və Tərtər rayonlarının Əhmədağalı, Başqərvənd, Cəvahirli, Şirvanlı və Karmiravan kəndlərində daha geniş şəkil alıb. Avtomat və pulemyotlardan aramsız atəşlər açan düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşilə susmağa məcbur edilib. Atəşkəs zamanı itki qeydə alınmayıb.
Ağdam paytaxt Bakıdan 375 kilometr cənub-qərbdə yerləşir.