...

Rəsmi Bakı Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatını ədalətsiz sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " K.Ramazanova/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan XİN başçısı Vardan Oskanyanın Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatını ədalətsiz adlandırıb.

Dünən Oskanyan bəyan edib ki, Kosovonun taleyindən asılı olmayaraq, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən müstəqilliyinin tanınması yolu ilə irəliləyəcək.

Əzimov çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan XİN başçısının bəyanatı ciddi qəbul edilə bilməz. "Oskanyan bu bəyanatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Kosovonun heç vaxt Qarabağ üçün presedent ola bilməyəcəyi ilə bağlı mütəmadi bəyanatlarına cavab olaraq verib. Lakin Ermənistan XİN başçısının bəyanatında heç bir məntiq yoxdur" - deyə Əzimov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişənin yaranması 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti