...

"Sərhəd əməkdaşlığı MDB dövlətlərinin səmərəli fəaliyyət sahələrindən biridir", Nazarbayev belə hesab edir

Siyasət Materials 12 Sentyabr 2007 15:50 (UTC +04:00)
"Sərhəd əməkdaşlığı MDB dövlətlərinin səmərəli fəaliyyət sahələrindən biridir", Nazarbayev belə hesab edir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Sərhəd əməkdaşlığı MDB dövlətlərinin səmərəli fəaliyyət sahələrindən biridir. Bu barədə o, MDB-yə üzv dövətlərin Sərhəd Qüvvələrinin Komandanlar Şurasının 58-ci iclasının iştirakçılarına müraciətində bildirib.

"Dövlət başçılarının Şurası və hakimiyyət başçıları Şurasına Komandanlar Şurası tərəfindən edilən təkliflər sərhədlərin təhlükəsizliyinin təminatına konseptual yanaşma tərzi, birliyə üzv olan bütün ölkələrin maraqlarının nəzərə alınması, MDB dövlətlərinin sərhəd orqanlarnın əməkdaşlığı ilə bağlı tədbirlərin effektivliyi ilə fərqlənir" - deyə Qazaxıstan prezidenti bildirib.

Nazarbayev həmçinin bildirib ki, Sərhəd Qüvvələrinin Komandanları Şurasının təşəbbüsü ilə MDB-nin razlaşdırıldımış sərhəd siyasəti konsepsiyasının qəbul olunması, sərhədlərin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlıq üçün təməl qoyur. Birliyə üzv olan dövlətlərin beynəlxalq terrorizm və narkotika ticarəti, silah-sursatın, döyüş sursatının və radiaktiv maddələrin qaçaqmalçılığı, qanunsuz miqrasiya kimi qlobal təhlükələrə qarşı birgə mübarizəsi böyük əhəmiyyət kəsb edir.

Qazaxıstan prezidenti əmin olduğunu bildirib ki, birlik ölkələrinin sərhəd orqanlarının və digər hüquq- mühafizə orqanlarının sıx əməkdaşlığı sərhədlərin mühafizəsi sahəsində aktual və praktiki məsələlərin həllinə müsbət təsir göstərəcək.

Nursultan Nazarbayev, həmçinin, iştirakçıları MDB-yə üzv dövətlərin Sərhəd Qüvvələrinin Komandanlar Şurasının və onun daimi fəaliyyət göstərən orqanı - Koordinasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü münasibətilə təbrik edib.

"Fəaliyyət dövrü ərzində Komandanlar Şurası tərəfindən MDB məkanında təhlükəsizliyin təmin edilməsi sahəsində böyük işlər görüb" - deyə Qazaxıstan prezidenti vurğulayıb.

MDB-yə üzv dövətlərin Sərhəd Qüvvələrinin Komandanlar Şurası 1992-ci il, iyulun 6-da yaradılıb. Təşkilatın ildönümü iclasında Ermənistan,Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna sərhəd xidmətlərinin nümayəndələri, Rusiyanın sərhəd xidmətinin keçmiş rəhbərləri və başqaları iştirak ediblər.

.

Xəbər lenti

Xəbər lenti