...

"Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanun hazırlanır

Siyasət Materials 18 Sentyabr 2007 18:34 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasında Azərbaycanın yaradıcı təşkilatlarını qeyri-hökumət təşkilatlarından fərqləndirmək və yaradıcı birliklərə dövlət qayğısını qanunla tənzimləmək üçün qanun layihəsi hazırlanır. Bu barədə çərşənbə axşamı Parlamentin mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov məlumat verib.

"Bəzi hallarda Yazıçılar Birliyi, Rəssamlar, Bəstəkarlar, Kienmotorqafçılar ittifaqları kimi yaradıcı təşkilatlar son illər yaranmış və sayı iki mini keçmiş Qeyri-Hökumət Təşkilatları ilə eyniləşdirilir. Bu isə yolverilməzdir", -deyə komissiya sədri bildirib.

MDB ölkələrindən Ukrayna, Rusiya "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanun qəbul edib.

Komissiya sədrinin fikrincə, "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanunun qəbul olunması ilə yaradıcı təşkilatların hüquqi statusunun müəyyən edilməsinə imkan verəcək: "Yaradıcı təşkilatlar dövlət büdcəsindən maliyyələşir. Lakin Rəssamlar İttifaqının üzvləri, onların istifadəsində olan emalatxanaların özəlləşdirilməsi müqabilində dövlətdən maliyyə almaqdan imtina ediblər. İndi isə rəssamların emalatxanaları özəlləşdirməsində ciddi problemlər yaranıb. Rəssamların bəziləri Nazirlər Kabinetində bu məsələni həll edə bilmirlər. Bütün bu məsələlər qanunla tənzimlənsə, belə problemlər yaranmaz".

Komissiya sədri qeyd edib ki, yaradıcı təşkilatların başqa mənbələrdən qrantlar və digər formalarda pul alması məsələsi də qanunla tənzimlənməlidir.

Cəfərovun sözlərinə görə, yeni qanun yalnız bədii yaradıcılıqla məşğul olan təşkilatlara şamil olunacaq. Elmi yaradıcılıq təşkilatları bu qanundan kənarda qalacaqlar: "Çünki onların işləri ayrıdır. Onların işləri ilə Milli Elmlər Akademiyası və digər institutlar məşğul olur".

Eyni zamanda, yaradıcı şəxslərin cəmiyyətdəki statusunu müəyyənləşdirəcək qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bundan əvvəlsə, Mədəniyyət və Turzim Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar, Bəstəkarlar, Kienmotorqafiya İttifaqlarının nümayəndələrinin iştirakı ilə layihənin müzakirəsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti