...

İran politoloqu: "Iran hakimiyyəti partiyaları aradan qaldırmaq niyyətindədir"

Siyasət Materials 25 Sentyabr 2007 18:24 (UTC +04:00)
İran politoloqu: "Iran hakimiyyəti partiyaları aradan qaldırmaq niyyətindədir"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranda fəaliyyət göstərən islahatçı partiyaların bir çoxunun Milli Məclis seçkilərində iştirak etməsinə hakimiyyət qadağa qoyaraq, bundan əlavə partiyaların qurucu heyətlərinin müxtəlif ittihamlarla məhkəməyə verilməsi halları artıb."Iran hakimiyyəti ölkədə fəaliyyət göstərən partiyaları aradan qaldırmaq niyyətindədir"-deyə, İran politoloqu İsa Səhərxiz(İsa Saharxiz) bildirib.

İran Milli Məclisinin növbəti seçkiləri ərəfəsində "Nehzət-azadi","Milli-Məzhəbi" və bir çox partiyaların seçkilərdə iştirak etməsinə qadağa qoyulub. Həmçinin, keçən ay "Müşarikət" partiyasının qurucu heyətinin üzvləri olan iki ruhani şəxs-- Hadi Qabil(Hadi Qabel) və Mahmud Dordkeşanini(Mahmoud Dordkeshan) həbs edilərək, digər partiya fəallarına müxtəlif ittihamlar yürüdülüb. Buna etiraz olaraq, sentyabrın 24-də Tehranda 585 tanınmış siyasi-ictimai fəal "Müşarikət" üzvlərinə tətbiq olunan repressiyalara qarşı bəyanat veriblər.

Səhərxiz çərşənbə axşamı Tehrandan Trend ə telefonla bildirib ki, islahatçı və müxalifət partiyalara tətbiq olunan repressiyalara etiraz olaraq, bir çox iclaslar keçirilib, bəyanat və müraciətlər olunub. Buna baxmayaraq, iqtidar partiya 8-ci Məclis seçkilərində digər partiyaları aradan götürməkdə ciddi qərarlıdır.

"İran hakimiyyətində olan iqtidar partiya nə təkcə Milli Məclis seçkilərinə, ola bilsin , gələcək prezident seçkilərinə də belə hazırlaşır. Partiya sədrlərini həbsə alaraq, həm rəqiblərin qüvvəsini zəiflədir, həm də, ölkə əhalisinin qorxuya salır" deyə, iranlı politoloq bildirib.

Səhərxiz bildirib ki, İranın Ali Nəzarətçi Şurası(Nigəhban Şurası) məhkəməyə verilmiş partiyanın seçkilərdə iştirak etməsinə qadağa qoymaq haqqına malikdir. Buna görə də müxtəlif bəhanələrlə partiya sədlərini məhkəməyə verirlər.

"İranda partiyalarla əlaqədar yürüdülən ittihamlar ədalətsizdir. Hakimiyyətə bağlı partiyadan bir çox şikayətlərə baxılmır, ancaq ən kiçik bəhanələrlə qeyri-hakimiyyət partiyaların üzvlərini məhkəməyə verirlər"-deyə Səhərxiz qeyd edib.

İranlı politoloq əlavə edib ki, islahatçı və müxalifət qüvvələrin birləşməsi Şəhər şuraları seçgisində müsbət nəticə verib. Növbəti məclis seçkilərində islahatçılar məclisin 60% - 70% yerlərini yiyələnməsini proqnazlaşdırmışdı. Bu isə təkcə onların seçgilərdə iştirak etməsinə icazə verib-verilməməyindən asılıdır- deyə, İranlı politoloq Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti