...

Azərbaycan XİN başçısı "Qarabağ problemi yalnız ATƏT vasitəsilə həll olunmalıdır" bəyanatını qəbul etməyib

Siyasət Materials 4 Oktyabr 2007 13:29 (UTC +04:00)
Azərbaycan XİN başçısı "Qarabağ problemi yalnız ATƏT vasitəsilə həll olunmalıdır" bəyanatını qəbul etməyib

Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ ətrafında onun Ermənistanla münaqişəsi BMT Təhlükəsizlik Şurası vasitəsilə nizamlana bilər.

Radio Svoboda xəbər verir ki, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış edən Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov qeyd edib ki, problemin həlli üçün hüquq bazası Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq normaları olmalıdır.

Məmmədyarov ermənistanlı həmkarı Vardan Oskanyanın "Qarabağ problemi yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT vasitəsilə həll olunmalıdır" bəyanatını qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti