...

Gəncədə cinayət hadisələrinin 91,5 faizinin üstü açılıb

Siyasət Materials 18 Oktyabr 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində bu il 334 cinayət hadisəsi qeydə alınıb, bunlardan 91,5 faizinin üstü açılıb, cümə axşamı Trend in bölgə müxbirinə Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Nofəl Hacıyev bildirib. Onun sözlərinə görə, paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə baş vermiş cinayət hadisələrindən 60-ı ağır, 139-u şəxsiyyət əleyhinə, 63-ü iqtisadi cinayətkarlıq, 115-i ictimai təhlükəsizlik sahəsində olan işlərdir.

Cinayət hadisələrinin 50-si qadın, 17-si yetginlik yaşına çatmamış, 46-sı əvvəllər məhkum olunmuş, 17-si sərxoş vəziyyətdə olan vətəndaşlar tərəfindən törədilib.

Hacıyev əlavə edib ki, hesabat dövründə insan avleri ilə bağlı 13 nəfər məsuliyyətə cəlb olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə insan alveri ilə bağlı aşkar olunan hadisələr 9 fakt artıb. Hesabat dövründə Gəncə şəhər Polis İdarəsi tərəfindən axtarışda olanlardan 70 faizi tutularaq istintaqa təhvil verilib.

9 ay müddətində Gəncə şəhər Polis İdarəsinin Narkomaniya ilə Mübarizə İdarəsində 49 cinayət hadisəsi qeydə alınıb ki, bu da ötən illə müqayisədə 16,7 faiz çoxdur. Onlardan 15-i narkotik maddələrin satışı, qalanı isə istifadə ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti