...

Nazir: "Bakı İrəvanın cavabını gözləyir"

Siyasət Materials 29 Oktyabr 2007 16:31 (UTC +04:00)
Nazir:  "Bakı  İrəvanın cavabını gözləyir"

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağayeva/ Rəsmi Bakı həmsədrlərin Ermənistan rəhbərliyi ilə apardığı danışıqların nəticələrini gözləyir.

Ötən həftənin sonlarında ATƏT-in Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bakıda aparılan danışıqlardan sonra, Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirmək məqsədilə,İrəvana qayıdıblar.

"Vasitəçilərin danışıqlar zamanı münaqişənin həlli ilə bağlı müsbət irəliləyişlər əldə edib- etməməsi barədə fikir söyləmək hələ tezdir, biz onlardan xəbər gözləyirik" - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bakıda jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, növbəti danışıqların keçiriləcəyi yer hələ məlum deyil.

Nazirin sözlərinə görə, həmsədrlər bu dəfə yeni təkliflər və təşəbbüslər irəli sürməyiblər. "Bir sıra konkret məsələlər və prinsiplər var ki, hələ də həll olunmamış qalır və həmsədrlər kompromisə nail olacaqlarına əmindirlər" - deyə Məmmədyarov bildirib.

Nazir, həmçinin, bildirib ki, seçkilərə qədər ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılmır, lakin həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünun keçirilməsinin vacib olması barədə qərar qəbul edərlərsə, biz buna hazırıq" - deyə nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti