...

Səfir: Azərbaycan və İsveçrə hökumətləri siyasi əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirəcək

Siyasət Materials 30 Oktyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Noyabrın ikinci ongünlüyündə Cenevrədə Azərbaycan və İsveçrə arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə iştirak etmək üçün xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi altında Azərbaycan XİN-nin nümayəndə heyəti Cenevrəyə yola düşəcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

"Bu regional təhlükəsizlik, ikitərfli əməkdaşlıq məsələlərinin müzakirəsinin planlaşdırıldığı müntəzəm siyasi məsləhətləşmələrdir" - deyə o bildirib.

İsvençrə tərəfindən məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Anton Talman iştirak edəcək. Səfir bildirib ki, məsləhətləşmələrdən savayı İsveçrə XİN-də Xələfovun İsveçrə rəhbərliyi ilə ikitərəfli görüşü də, keçiriləcək..

Xəbər lenti

Xəbər lenti