...

Zərdüşt Əlizadə Mikayılla Mayklın fərqini göstərir

Siyasət Materials 1 Noyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müstəqil politoloqu, şərqşünas-publisist Zərdüşt Əlizadə şirkətlərdə yerli və xarici mütəxəssislər arasında ayrı-seçkilik edilməsini bədii dildə təsvir etmək məqsədilə, "Mikayıl və Maykl" adlı kitab nəşr etdirib. Cümə axşamı kitabın təqdimat mərasimi olub.

Əlizadə bildirib ki, nəşrdə onun 1999-2001-ci illər ərzində "Nedelya" qəzetində çap olunmuş köşə yazıları toplanıb. "Şənbədən-şənbəyə" köşəsində Əlizadənin Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrin təsvirinə dair yazıları çıxırdı.

"Mən nə qədər çalışsam da ki, hadisələri ciddi şəkildə təsvir edim, baş verənlər mənə çox məsəzəli göründüyü üçün, yazılarımı yumoristik səpgidə yazırdım. Amma oxucular bu yazı tərzinə müsbət yanaşdıqlarından, köşə yazılarım 3 il ərzində çap olundu"-deyə Əlizadə məlumat verib.

O, yeni çap olunan "Mikayıl və Maykl" kitabını nəvəsi Mikayıla həsr edib. Bu adda yazını yazmaqda məqsədi Azərbaycandakı şirkətlərdə, müəssisələrdə xaricilərin azərbaycanlılardan üstün tutulması, əcnəbilərin daha çox əmək haqqı alması faktını tənqid hədəfinə çevirməkdir.

Müəllif hesab edir ki, müəssisələrdə eyni işi görən azərbaycanlı ilə xarici işçilərin müxtəlif cür mükafatlandırılması ədalətsizlikdir. "Mikayıl və Maykl"da təsvir olunur ki, Azərbaycanda işləyən amerikalı Maykl Amerikadakı dostuna məktub yazır və özünün xoş güzəranından danışır. Məktubunda Maykl deyir ki, Azərbaycanda Mikayıl adlı yerli mühəndislə tanış olub və o, çox yaxşı işçidir: "Lakin təsəvvür etməzsən ki, o, məndən 100 dəfə az maaş alır"-deyə Maykl dostuna məktubunda öz təəccübünü gizlətmir.

"Mən bu fəndlə Azərbaycandakı reallıqları göstərməyə çalışmışam. Bütün yumoristik təsvirlərin axrasında acı həqiqətlər dayanır"-deyə Əlizadə bildirib.

Nəşri heç kimə hədiyyə etməyən müəllif kitabının satılmasını istəyir. Sifarişçi kitabı çatdırılma yolu ilə 8 manata əldə edə bilər.

Kitabın təqdimat mərasimində iştirak edənlər Zərdüşt Əlizadənin bütün yazılarının dərin təfəkkürün məhsulu olduğunu və onun, öz yazısı ilə çıxış etdiyi qəzetlərə tiraj gətirdiyini deyiblər.

Xəbər lenti

Xəbər lenti